Azərbaycanda Bolonya forumu keçiriləcək

Azərbaycanda Bolonya forumu keçiriləcək

Azərbaycan Tələbələr Birliyi (ATB) olaraq artıq bir neçə ildir ki, tələbə problemləri və tələbələrə dair məsələlərin həllində öz mövqeyini ortaya qoyur. SİA-nın məlumatına görə, ATB-nin müxtəlif katiblikləri tələbələrə daha yaxşı təhsil şəraiti və sosial şəraitin yaradıla bilməsi üçün səylə çalışıblar. ATB-nin təhsil məsələləri üzrə katibi Bəhruz Kərimli 20 oktyabr 2010-cu il tarixdə Azərbaycan Tələbələr Birliyinin rəsmi internet səhifəsi olan www.asu.az-a müsahibə verib.

Müsahibədə katibliyin iş fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verilib. Həmçinin, Bəhruz Kərimli bildirib ki, Azərbaycanda ilk dəfə olaraq Bolonya forumlarının keçirilməsinə başlanacaqdır. "Forumda dövlət strukturları, beynəlxalq təşkilatlar, tələbə QHT-ləri, universitetlər və aktiv tələbələrlə birgə Bolonya prosesinin Azərbaycandakı tətbiqi mərhələsini, dövlət proqramları və onların icrasını, beynəlxalq təhsil layihələrni müzakirə etmək, konkret təkliflər ortaya çıxarmaq niyyətindəyik", deyə Bəhruz Kərimli əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə