“Regionlarımızı brendləşdirək” layihəsi öz işini Sabirabadda davam etdirməkdədir
Bildiyiniz kimi, MYBRAND’s FASHION CLUB tərəfindən "Regionlarımızı brendləşdirək" layihəsi start götürüb. Layihə çərçivəsində MYBRANDS şirkəti Oktyabr - Noyabr ayları ərzində Sabirabad rayonunda 4 idman növü üzrə yarışların əsas partnyoru qismində çıxış edir. "İrəli" İctimai Birliyindən SİA-ya verilən xəıbərə görə, layihə çərçivəsində Futbol üzrə ADİDAS Turniri, Voleybol üzrə NİKE Turniri, Güləş üzrə PUMA Turniri, Şahmat üzrə NOVCO Turniri bu yarışlara misaldır.
Layihənin davamı olaraq MYBRAND’s FASHION CLUB Sabirabad rayonunda yeniyetmə və gənclər arasında güləş üzrə turnir keçirilib. 10 çəki qrupu üzrə keçirilən turnirdə 200 nəfərə yaxın pəhləvan-idmançı iştirak edib. Çox sayda azarkeş və tamaşaçıların toplandığı Sabirabad Rayon Olimpiya Kompleksində keçirilən turnirin qalibləri kubok və hədiyyə ilə təltif edilib.
Qeyd edək ki, layihənin partnyorları MYBRANDS Fashion Club, "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB