Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Portuqaliyalı səyyah və tədqiqatçı Ferdinand Magellan Cənubi Amerikanı Antarktidadan ayıran boğazı Atlantik və Sakit okeanları arasındakı boğazı kəşf edib. Sonradan bu yer onun şərəfinə Magellan boğazı adlandırılıb (1520)
- Şah Abbas Təbrizi Osmanlı qoşunundan təmizləyib (1603)
- İspaniya və Fransa arasında Trafalqar döyüşü baş verib (1805)
- İsveç mühəndis-kimyaçısı, dinamitin ixtiraçısı, Nobel ükafatının təsisçisi Alfred Nobel anadan olub (1833)
- Amerikalı Tomas Edison ilk elektrovozu ixtira edib (1879)
- Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxarıb (1879)
- Azərbaycanın xalq rəssamı Sergey Yefimenko anadan olub (1896)
- İlk transatlantik telefon rabitəsi Virciniya və Paris arasında qurulub (1915)
- Trotski bütün dünya kommunistlərini Stalinə qarşı mübarizəyə çağırıb (1928)
- Şair, nasir Balasadıq Aslanov anadan olub (1929)
- Xalq şairi Xəlil Rza Ulutürk anadan olub (1932)
- Çində Mao Ze Dunun başçılığı ilə "Böyük Yürüş" başlayıb (1934)
- Almaniya Millətlər Cəmiyyətindən rəsmən ayrılıb (1935)
- Yaponlar Çinin Kanton şəhərini işğal ediblər (1938)
- Ernest Heminqueyin Əcəl zəngi əsəri Nyu-Yorkda çap olunub (1940)
- Fransada qadınlar, ilk dəfə səs vermə həqqi ələ gətiriblər (1945)
- Çin əsgərləri Tibeti işqal edib (1950)
- Pablo Neruda Nobel Ədəbiyyat Mükafatını alıb (1971)
- Şair Aslan Kərimlinin xatirə günü (1992)
- Azərbaycan Respublikası Braziliya ilə diplomatik əlaqələr qurub (1993)
- Çeçenistanın paytaxtı Qroznıda bazarda roket partlayışı nəticəsində 110 nəfər ölüb, 400 nəfər yaralanıb (1999)
- Türkiyənin yeni Konstitusiyası referenduma çıxarılıb (2007)

Bütün xəbərlər Facebook səhifəmizdə