Baş prokuror hökumətə xəbərdarlıq edib

Baş prokuror hökumətə xəbərdarlıq edib
Türkiyənin baş prokuroru tələbələrin İslam qanununa uyğun olaraq universitetlərə başı örtülü gəlmələrinə son qoymaqla bağlı hökumətə xəbərdarlıq edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün açıqlanan bəyanatda deyilir ki, Konstitusiya Məhkəməsinin bundan əvvəl verdiyi qərarlara əsasən ictimai yerlərdə başı örtülü gəzmək olmaz. Məhkəmə qadağanı aradan qaldırmaq səylərini konstitusiyaya zidd hesab edərək onun dünyəvi ənənəyə zərbə endirdiyini bildirir. Xəbərdarlıq Ali Məhkəmənin Ankara idarəsinin prokurorları tərəfindən hazırlanıb. Türkiyənin Konstitusiya Məhkəməsi 2008-ci ildə baş örtüyü ilə bağlı konstitusiyadakı qadağanı aradan qaldıran düzəlişi ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə