Kristian Vulf görüşlәrini davam etdirir

Kristian Vulf görüşlәrini davam etdirir

Türkiyәdә sәfәrdә olan Almaniya prezidenti Kristian Vulf görüşlәrini davam etdirir. SİA-nın məlumatına görə, Vulf Türkiyәli hәmkarı Abdulla Güllә birliktә bu gün Kayseri şәhәrinә gedib.

Dövlәt başçıları türk vә alman iş adamlarının toplantısına vә daha sonra isә onların forumuna qatılıb. Almaniya prezidenti daha sonra Nәvşәhәr vilayәtinin Görәmә qәsәbәsindәki Açıq Hava muzeyini ziyarәt edib.

Dövlәt başçısı Abdulla Gül isә, Kayseri şәhәrindә sәfәrdә olan Şimali Kıbrıs Türk Cümhuriyyәti prezidenti Dәrviş Eroğlu ilә bir araya gәlib. Eroğluya Kayseri Jurnalistlәr Cәmiyyәti tәrәfindәn "İlin Dövlәt Adamı Mükafatı" verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə