“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilib

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilib

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında Qanuna edilən dəyişiklikləri təsdiq edib.

SİA-nın məlumatına görə, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 599; 2010-cu il, №4, maddə 276) 27-ci maddəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 27.1-ci maddədə "yaşı 21-dən" sözlərindən sonra ", "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən" sözləri əlavə edilsin;

2. 27.2-ci maddədə "B" kateqoriyası" sözləri "B" və ya "BE" kateqoriyaları" sözləri ilə əvəz edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə