“Avropa ölkələri uzun müddət dünyanın müxtəli bölgələrində baş qaldıran separatizmə ciddi reaksiya vermədilər və bəzi hallarda hətta dəstəklədilər. Ancaq indi həmin separatizm onların qapısını “döyür”. İspaniyanın Kataloniya vilayətində baş qaldıran separatizm bu ölkə ilə yanaşı Avropa üçün də ciddi təhlükədir. Çünki İspaniya parçalansa, bu, domino effekti verəcək, ardınca Belçika, İtaliya, Böyük Britaniya, hətta Fransa gələcək”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev “Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır” deyərkən məhz domino effektinə işarə edib: “Dağlıq Qarabağ separatizminə dəstək verənlər və ya buna göz yumanlar bu gün oxşar bəla ilə üzləşiblər. Separatizmə qarşı birgə mübarizə aparılmalıdır. Separatizm özündə yalnız ölkələri parçalamaq və ərazi bütövlüyünə qəsd mahiyyəti daşımır, xaos və terrora da zəmin yaradır. Necə ki, Dağlıq Qarabağda separatizm azərbaycanlılara qarşı terror və soyqırımı ilə müşahidə olunurdu. Nə qədər ki, Avropa “sənin separatçın yaxşıdır, mənim separatçım pisdir” prinsipindən imtina etməyib, separatizm təhlükəsindən qurtulmayacaq. Beynəlxalq aləmin separatizmə qarşı birgə tədbirlər haqqında düşünməsi və separaçıların fəaliyyətini məhdudlaşdıran normalara riayət etməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB