“Rusiyanın REN TV televiziyası digər telekanallara nisbətən ermənilərin əleyhinə çıxışlar edib və hətta “dolma”nın Azərbaycan mətbəxinə mənsub olduğu barədə veriliş də hazırlayıb”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu faktı söyləməkdə məqsəd Rusiyada güclü Azərbaycan diasporuna ehtiyac olduğunu vurğulamaqdır: “Şimal qonşumuzda diaspor təşkilatlarımız yetərincə güclü olsa, yuxarıda qeyd etdiyimiz nümunələrin sayı çox olar. Diaspot təşkilatlarımızın güclü olması üçün yenilənmə, yenidən təşkilatlanma lazımdır. Yeni yaradılacaq təşkilatlar milli maraqlarımıza cavab verən proqrama, strategiya və taktikaya sahib olmalıdır. Diasporumuzun nüfuzuna xələl gətirən nümayəndələrimiz diaspor siyasətindən kənarlaşdırılmalıdır. Əks halda meydan anti-milli qüvvələrin əlinə keçə bilər. Rusiyadakı milyonlarla soydaşlarımız bizim resurslarımızdırlar. Bu resurslardan düzgün istifadə etməklə bir çox məsələlərdə uğur qazana bilərik. Biz bəzən “Rusiya imkan vermir” və s. kimi ifadələr işlədirik. Biz güclü olsaq bizimlə hesablaşmağa başlayarlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB