® Deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir

® Deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı oktyabrın 19-da seçicilərlə görüşlərini davam etdirib. SİA-nın məlumatına görə, Salyan rayonunun Yolüstü və Yeni Uluxanlı kəndlərindəki görüşü seçicilərin yüksək fəallığı ilə müşahidə olunub. Ana Vətən Partiyasının səlahiyyətli nümayəndəsi Şahin Zərbəliyevin təqdimatından sonra kənd sakinləri Fəzail Ağamalının ötən 5 il ərzindəki fəaliyyətini müsbət qiymətləndirmiş, onun regionun problemləri ilə bağlı ayrı-ayrı dövlət qurumları qarşısında qaldırdığı sosial problemlərin həllinin reallaşdığını, bununla bərabər hər iki kəndin qazlaşmasının və kəndlərarası yollarının bərpasının vacibliyini önə çəkiblər.

Fəzail Ağamalı xoş sözlərinə görə seçicilərinə öz minnətdarlığını bildirmiş, 5 illik deputat fəaliyyətinin ayrı-ayrı məqamları üzərində dayanmış, rayonun bütün sosial problemlərinin həllinin 2011-2013-cü illərdə ölkə prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramında ehtiva olunduğunu və həmin problemlərin həllində hər hansı bir çətinliyin ortada olmadığının seçicilərin diqqətinə çatdırıb.

Seçicilər adından çıxış edən kənd ağsaqqalları qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bir daha bəyan ediblər.

Fəzail Ağamalının seçicilərlə görüşü oktyanbrın 23-dən davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə