Mərkəzi Seçki Komissiyasında (MSK) indiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 452-dir. SİA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında xəbər verib.
Onlardan 317-nin Müstəqil Dövlətlər Birliyindən olan müşahidəçilərin olduğunu deyən MSK sədri bildirib ki, müşahidəçilərin 10-u Türk Ölkələrin Parlament Assambleyası, 51-i Avropa Şurası Parlament Assambleyası, 31-i isə ABŞ səfirliyi tərəfindən irəli sürülüb. M.Pənahov beynəlxalq müşahidəçilərinin ümumilikdə 37 ölkədən olduğunu qeyd edib. M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun isə 43 nəfərdən ibarət usunmüddətli müşahidə missiyasının fəaliyyət göstərdiyini söyləyib.
M.Pənahov indiyədək ölkə ərazində müşahidə aparmaq üçün 1373 nəfərin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. O, konkret seçki dairələrində müşahidə aparmaq üçün isə 11400 nəfərin qeydə alındığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB