“Aksiya keçirənlər Əli Kərimlinin mitinqində iştirak edənlərdi” MÜNASİBƏT

“Aksiya keçirənlər Əli Kərimlinin mitinqində iştirak edənlərdi” MÜNASİBƏT

“Bakıda əllərində İran dini liderlərin şəkili ilə aksiya keçirənlər Əli Kərimlinin mitinqində iştirak edənlərdir”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

BAXCP-nin sədr müavini deyib ki, şəkildə olan şəxs Elçin Manafov adında birisidir: "İranın Azərbaycandakı səfirliyi qarşısında əllərində İranın dini liderinin və bayrağını tutaraq dəstək askiyasi keçirənlərə rəhbərlik edib. Əli Kərimlinin milli şurasının da üzvü olub. İndi bildiniz, niyə Əli Kərimlinin mitinqinə ən çox İranın təsirində olan şəxslər gəlir?! İrandan sifariş gəlməsə, bir nəfər belə Əli Kərimlinin mitinqinə qatılmaz. Xoruzun quyruğu tam görünür".

N.Orduxanlı əlavə edib ki, Əli Kərimli ilə İran tərəfdarlarının əməkdaşlığı uzun müddətdir davam edir: “Milli Şura yarananda ilk yaradıcılarından olan Elçin Manafovla yanaşı, İran mollasının əlindən öpən Taleh Bağırzadə və digərləri də olub. O dövrdə İranın bütün adamlarına Milli Şurada təmsil olunmaq tapşırığı vermişdi. Milli Şuranı Rusiyanın yaratdığını nəzərə alsaq, hər şey gün kimi aydındır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə