Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarına əlavə edilib

Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarına əlavə edilib
Nazirlər Kabineti "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"na əlavə edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, qərara əsasən "Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə"yə aşağıdakı məzmunda 2.3.12-ci yəni Azərbaycan Respublikasının təhsil aldığı xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporunun təşkil etdikləri Azərbaycanın dövlət maraqlarının müdafiəsi ilə bağlı və digər ictimai-mədəni tədbirlərdə iştirak etmək bəndi əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə