Xətai rayonu üzrə 4 dairə seçki komissiyasında 2146 gənc ilk dəfə səs verəcək
Xətai rayon İcra Hakimiyyətinin iclas salonunda Xətai rayonu üzrə noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə iştirak edəcək gənclər üçün seminar təşkil olunub. Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəis müavini Aydın Yusifov, 34 saylı Xətai II dairə Seçki Komissiyasının sədri Rəfail Mehdiyev, H.Əliyev adına Liseyin müəlliməsi Arzu Quliyeva, Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərov, ADİA-nın tələbəsi, prezident təqaüdçüsü Babək Budaqlı, ümumilikdə isə 200 nəfər gənc iştirak ediblər. Bu barədə SİA-ya BŞGİBİ-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri təbrik edib. O, deyib ki, seminarın məqsədi gənclərin Milli Məclisə seçkilərdə fəal iştirakını təmin etməkdir. Onun sözlərinə görə, bu cür seminarlar təkcə paytaxta deyil, bölgələrdə də keçirilir və gənclər maarifləndirilirlər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov çıxışı zamanı bildirib ki, seminarın məqsədi gənclərin noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərdə fəal iştirakını təmin etmək idi. O vurğulayıb ki, Xətai rayonu üzrə 4 dairə seçki komissiyasında 2146 gənc ilk dəfə səs verəcək.
Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov tədbirdə çıxış edərək qeyd edib ki, keçiriləcək seçkilərdə Azərbaycanın seçki hüququ olan hər bir vətəndaşının iştirak etməsi vacibdir, çünki bu onun vətəndaşlıq borcudur. Daha sonra 34 saylı Xətai Dairə Seçki Komissiyasının sədri Rəfail Mehdiyev gəncləri maraqlandıran sualları cavablandırıb.
Tədbirdə "Azərbaycan Parlamenti tarixi", "Milli Məclisə seçkilərin keçirilməsinin qanunverici əsasları", "Vətəndaşların seçki hüquqları", "Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirak etməsinin yeri və rolu", "Seçki günü səsvermə proseduru və qaydaları" mövzusunda məruzələr dinlənilib.
Sonda tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verən gənclər üçün hazırlanmış yaddaş kitabçası paylanılıb. Kitabçada Azərbaycan parlamentarizm tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri və Seçki Məcəlləsindən çıxarışlar öz əksini tapıb. Tədbirdə həmçinin 18 yaşı tamam olan 11 nəfər gəncə Xətai rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı ilə şəxsiyyət vəsiqələri paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB