YUNESKO/Keyzo Obuçi layihəsi çərçivəsində növbəti tədqiqat təqaüdləri üzrə müsabiqə elan edilir. SİA-nın məlumatına görə, sözügedən layihə YUNESKO və Yaponiya hökuməti tərəfindən həyata keçirilir.
Müsabiqə Yaponiyanın keçmiş baş naziri Keyzo Obuçinin xatirəsinə ithaf edilir.
Sayca 11-ci olan builki müsabiqədə əsasən informasiya-kommunikasiya texnologiyaları üzrə magistr tədqiqatları üstünlük təşkil edir. Bundan əlavə proqram çərçivəsində ətraf mühit (xüsusilə, su elmlərinə diqqət veriləcək), mədəniyyətlərarası dialoq və münaqişələrin sülh yolu ilə nizamlanması üzrə magistr tədqiqatları istiqamətlərinə də üstünlük veriləcək.
10 min ABŞ dolları civarında olan təqaüd xarici təhsil müəssisələrində 3-9 ay ərzində araşdırma aparan tədqiqatçılara veriləcək.
Yaş həddi 40-ı ötməyən magistr dərəcəsinə malik olan namizədlər (qadın namizədlərə üstünlük verilir) müraciət edə bilərlər.
Əlavə məlumat üçün AMEA Xarici Əlaqələr Şöbəsinə müraciət etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB