Dünya üzrə mobil telefon sahibləri tərəfindən saniyədə 200 min SMS-məktub göndərilir. SİA-nın xəbərinə görə, bu statistikanı Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) təqdim edib. Təşkilatın məlumatına görə, cəmi 2010-cu ildə 6,1 trilyon qısa ismarıc göndəriləcək. BTİ-nin məlumatında qeyd olunur ki, qısa ismarıcların ən çox göndərildiyi ölkələr Filippin və ABŞ olub. 2009-cu ildə dünya üzrə göndərilmiş bütün SMS-lərin 35 faizi məhz bu iki ölkənin payına düşür.
Qeyd edək ki, 2007-ci ildə bu göstərici 1,7 trilyon olub. Belə vəziyyətdə nəticə çıxarmaq olar ki, üç il ərzində SMS bazarı 3,5 dəfədən də çox artıb.
Qeyd edək ki, 2007-ci ildə bu göstərici 1,7 trilyon olub. Belə vəziyyətdə nəticə çıxarmaq olar ki, üç il ərzində SMS bazarı 3,5 dəfədən də çox artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB