Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

SİA-nın məlumatına görə, dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb. İclasda maliyyə naziri Samir Şərifov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev rəhbərlik etdikləri qurumların ilin 9 ayında gördüyü işlər barədə məlumat veriblər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə