Britaniyalı nazir: "Azərbaycanın təbii sərvəti olan neft və qaz resusrları Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır" - MÖVQE

Britaniyalı nazir: "Azərbaycanın təbii sərvəti olan neft və qaz resusrları Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır" - MÖVQE
Azərbaycanın təbii sərvəti olan neft və qaz resusrları Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu barədə SİA-ya açıqlamasında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Britaniya parlamentinin üzvü Devid Lidinqton deyib. O bildirib ki, Azərbaycan qazının Cənubi Enerji Dəhlizi ilə Türkiyədən Avropaya nəqli Avropa İttifaqı üçün yeni və önəmli enerji mənbəyidir. Nazirin sözlərinə görə, bu eyni zamanda, Azərbaycan qaz istehsalçısı kimi enerji bazarlarında yeni marşrutlar axtaran regiondakı digər dövlətlərə faydalar gətirəcək.

"Aİ ilə Azərbaycan və regional digər tərəfdaşlar arasında enerji sahəsində əməkdaşlıq üçün başqa imkanlar da mövcuddur. Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaş dövlətlərinin bu ittifaqın norma və standartlarına keçməsi, onların enerji bazarlarının Avropa İttifaqındakı dövlətlərinə uyğunlaşdırılmasına və açılmasına kömək edəcək. Böyük Britaniya hökuməti hesab edir ki, Aİ-na üzvlük və ya üzv olmadan daha dərin inteqrasiya bunu istəyən və lazımi kriteriyaya uyğun olan bütün Avropa dövlətləri üçün açıq olmalıdır. Bu Azərbaycana da ehtiva edir. Biz inanırıq ki, Avropa İttifaqı bunun daha da genişlənməsi üçün qapısının açıq edilmə öhdəliyini yeniləməlidir. Heç kəs inkar edə bilməz ki, müraciət etmək istəyində olan ölkəyə bu imkan, seçim verilməsin. Daha dərin inteqrasiya və üzvlüyə gedən yol isə çətin prosesdir. Bu tərəfdaş dövlətlərdə həqiqi, siyasi liderliklə Aİ-nın dəstəyinin, tərəfdaşlığının və texniki məharətinin birləşməsini tələb edir", Devid Lidinqton deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə