Devid Lidinqton: “Birləşmiş Krallığın və Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməkdə açıq marağı var”
Birləşmiş Krallıq və Avropa İttifaqının (Aİ) Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etmələri üçün köməklik göstərməkdə açıq marağ var. Bu barədə SİA-ya açıqlamasında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Britaniya parlamentinin üzvü Devid Lidinqton deyib. O bildirib ki, son zamanlarda cəbhə xəttində zorakılıq insidentlərin artımı bizim narahatlığımız üçün səbəb yaradır: "Biz münaqişə tərəflərinin sülhməramlı, davamlı həllini danışıqlar yolu ilə əldə etmələrinə yardım göstərən Minsk qrupunun səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Belə düşünürəm ki, Avropa İttifaqı xüsusilə münaqişənin həllindən sonra Azərbaycan-Ermənistan kimi yardım təklif edə biləcəyini aydınlaşdırmaq və bu kimi daha artıq iş görə bilər. Mənim tapşırıqlarımdan elə biri də Aİ və Birləşmiş Krallığın artırılmış birgə səylərinin hansı sahələrə dəyişilik yarada biləcəyini qiymətləndirməkdir. Düşünürəm ki, Dağlıq Qarabağ problemi tezliklə öz həllini tapmalıdır. Çünki son zamanlar insidentlər ölümlə nəticələnir. Rəsmi Londonun da münaqişənin həllində mövqeyi ondan ibarətdir ki, problemin sülh yolu, ərazi bütövlüyü, güc tətbiq edilmədən və millətlərin müqəddaratını həll etmək prinsipləri nəzərə alınaraq Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində Minsk qrupunun fəaliyyətini dəstəkləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB