Ermənistan itkilərini AÇIQLADI

Ermənistan ordusu yeni itkiləri barədə məlumat açıqlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə cəbhənin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi – müddətdən artıq xidmət edən (MAXE) Vaaqn Ovsepoviç Qdalyan (1996-cı il) və əsgər Razmik Arutyunoviç Ambartsumyan (1998-ci il) ölüb.

Düşmən tərəfi yaralıların olduğunu etiraf etsə də, onların dəqiq sayı məlum deyil. Hadisənin minomyot mərmisinin partlaması nəticəsində baş verdiyi deyilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə