Pol Vill: “Biz burada müşahidə nəticəsində gəldiyimiz qənaətə söykənərək fikir yürüdəcəyik”
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri ilə görüşüblər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşıdakı parlament seçkiləri ilə əlaqədar ölkəmizə gəlmiş nümayəndələri mehribanlıqla salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov onlara bu vacib missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb.
Bildirib ki, bu mötəbər qurumun Seçkiqabağı Missiyasının fəaliyyəti həm Azərbaycan, həm də AŞPA üçün çox vacibdir. Missiya üzvlərinə məlumat verilib ki, hazırda təşviqat kampaniyası başlayıb, yerlərdə seçicilərlə görüşlər keçirilir. Avropa Şurası ilə əlaqələrimizin yüksək səviyyədə qurulduğunu deyən komitə sədri onu da bildirib ki, 7 noyabrda keçiriləcək seçkiləri izləmək üçün Azərbaycan öz qapılarını müşahidəçilərin üzünə açıq elan edib: "Seçkiləri bir sıra nüfuzlu beynəlxalq təşkilatların müşahidəçiləri izləyəcəklər. Əsas məqsədimiz seçki prosesinin bütünlükdə yüksək səviyyədə keçməsinə nail olmaqdır. Bu sahədə kifayət qədər təcrübəsi olan avropalı həmkarlarının müşahidəçilik missiyasında obyektiv mövqe nümayiş etdirəcəyinə ümidvarıq".
Görüşdə AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Vill iki mərhələdən ibarət missiyaları barədə məlumat verib. Bildirib ki, onlar burada gördükləri əsasında, müşahidə nəticəsində gəldikləri qənaətə söykənərək fikir yürüdəcəklər. Milli Məclisə seçkilərin müşahidəsi prosesində obyektivliyin təmin edilməsi məqsədilə başçılıq etdiyi missiyanın tərkibində Avropadakı bütün siyasi qrupların nümayəndələri təmsil olunub.
Söhbət zamanı qonaqları maraqlandıran məsələlərlə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB