Spiker: “İnanırıq ki, budəfəki seçkilər də Avropa standartları səviyyəsində olacaq”
Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının parlament seçkiləri üzrə seçkiqabağı missiyasının üzvlərini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, spiker missiyanın rəhbəri Pol Villi və nümayəndə heyətinin üzvlərini salamlayaraq onları Milli Məclisdə görməyindən məmnun olduğunu bildirib. Qeyd edilib ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycan dünyanın mötəbər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsini önəmli hesab edir. Onun sözlərinə görə, Avropa strukturlarına inteqrasiya müstəqil Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
"Ölkəmiz Avropa Şurası ilə faydalı əməkdaşlıq edir. Biz qurumun Azərbaycanda demokratik təsisatların inkişafında göstərdiyi səyləri yüksək qiymətləndiririk. Dinamik inkişaf edən Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün Milli Məclis və müvafiq qurumlar lazımi addımlar atıblar. AŞ PA-nın müşahidə missiyasının üzvlərinin burada keçirdiyi görüşləri, seçki ilə əlaqədar aparılan danışıqları əhəmiyyətlidir. Qurum bəzi beynəlxalq təşkilatlardan fərqli olaraq ölkəmizdə keçirilən bu cür mühüm əhəmiyyətli ictimai-siyasi tədbirlərə həmişə obyektiv münasibət bildirib. Azərbaycan iqtidarı ölkədə demokratik seçkilərin keçirilməsində maraqlıdır. İnanırıq ki, budəfəki seçkilər də Avropa standartları səviyyəsində olacaq. Ümidvarıq ki, seçki prosesini izləyəcək müşahidəçilər buna özləri də əmin olacaq və bu mühüm əhəmiyyətli hadisəyə obyektiv mövqedən yanaşacaqlar",- deyə spiker vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Pol Vill ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun olduğunu dilə gətirib. Bildirilib ki, səfərdən məqsəd parlament seçkiləri öncəsi ölkədəki ictimai-siyasi vəziyyəti və seçkiqabağı proseslərin gedişini öyrənmək, bu sahədə əldə edilmiş irəliləyişləri qeyd etməkdir. Missiyanın rəhbəri seçki prosesi ilə əlaqədar keçirilən görüşlərdə onlara verilən hərtərəfli məlumata görə minnətdarlığını ifadə edib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Səməd Seyidov, Əli Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB