Bu gün MDB ölkələrinin müdafiə nazirlərinin toplantısı keçiriləcək
Bu gün MDB ölkələrinin müdafiə nazirlərinin toplantısı keçiriləcək. SİA-nın xəbərinə görə, Yaltadakı Livadiya sarayında keçiriləcək toplantıda müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Eyni zamanda toplantıda 2010-cu ilədək MDB ölkələrinin hərbi əməkdaşlıq Konsepsiyasının reallaşdırılmasının yekunları, hərbi texnikanın təmiri ilə bağlı Əlaqələndirmə Mərkəzi əsasnamə, silah və hərbi texnika ilə bağlı informasiya mübadiləsi sistemi, birləşmiş hava hücumundan müdafiə sisteminin optimallaşdırılması, meteoroloji avadanlıqdarın müasirləşdirilməsi məsələləri müzakirə olunacaq.
Toplantıda həmçinin müdafiə nazirlərinin Böyük Vətən müharibəsi illərində qeydiyyata düşməmiş silah basdırılmış yerlərin və dəfn edilməmiş əsgər qalıqlarının birgə axtarışı barədə fikir mübadiləsi aparacağı da gözlənilir.
Qeyd edək ki, MDB Müdafiə Nazirləri Şurasının Yalta toplantısında Azərbaycanı müdafiə naziri Səfər Əbiyev təmsil edir. Ermənistanın müdafiə naziri Seyran Ohanyan da Krımdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB