İrəvanda Holokost qurbanlarının xatirəsi təhqir olunub. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, 2006-cı ildə ucaldılan abidə naməlum şəxslər tərəfindən təhqir edilib. Belə ki, abidənin üzərində qırmızı boya ilə müxtəlif əxlaqsız şəkllər çəkilib və erməni dilində "Cuhuda ölüm" yazılıb.
Xatıraladaq ki, yəhudi xalqının ikinci dünya müharibəsində soyqırımını simvolizə edən Holokost qurbanlarının abidəsi İrəvanın mərkəzində yerləşir.
Qeyd edək ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hadisə deyil. Abidə ucaldılandan əvvəl həmin parkda Holokost qurbanlarının xatirəsinə daş sütun olub. O, bir neçə dəfə ermənilərin hücumuna məruz qalıb və dağıdılıb. Lakin şəhərin mərkəzində olduğu üçün yenidən bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB