Türkiyə Van vilayətinin Gevaş mahalına bağlı Yanıkçay kəndində kütləvi məzarlıq tapılıb. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, məzarlıq Van Mədəniyyət Abidələri və Muzeylər Birliyi tərəfindən aparılan qazıntılar zamanı aşkarlanıb.
Ərzurum "Atatürk" Universiteti Arxeologiya bölümünün başçısı, professor Cevad Bacaranın başçılığı ilə aparılan qazıntılarda çoxlu sayda insan skeletinə rast gəlinib. 1915-ci ildə burada ermənilər tərəfindən 500 yaxın adamın qətl edildiyini ifadə edən tarixçi alim "toplu məzarda qadın, kişi və uşaqlar üst-üstə yığılaraq quyulara basdırılıb" deyib.
Vanın Gevaş mahalından təxminən 20 kilometr uzaqlıqda olan kənddə geniş qazıntı işlərinə başlanılıb. Van Mədəniyyət Abidələri və Muzeylər Birliyi tərəfindən ermənilərin əsassız soyqırım iddiaları ilə mübarizə məqsədilə başladılan qazıntıları C.Bacaranın rəhbərliyi altında 20 qrup aparıb. Kənd meydanında yaşlı insanların göstərdiyi ərazidə aparılan qazıntılar nəticəsində ortaya çıxarılan skeletlərin fotoşəkilləri çəkilib.
C.Bacaran qazıntılarla bağlı bunları deyib: "Ərazidə ermənilər tərəfindən qətl edilən türklərə aid yeni sənəd və tapıntılar ortaya çıxıb. Kəndin yaşlı insanlarından əldə edilən məlumatlara görə yaxın kəndlərdə də erməni qrupları tərəfindən kütləvi şəkildə qətllər törədilib. Günahsız insanlar burada açılan 3 quyuda basdırılıb. Biz burada 25 skelet çıxartdıq. Altda qalanlarını isə ehtiyac olmadığı üçün çıxartmadıq. Təxminlərimizə görə, burada 150-yə yaxın skelet var. Tapılan qeydlərdə isə öldürülən günahsız insan sayı 500 olaraq qeyd edilib. Çıxarılan skeletlərin üstündə paltarlar, üzük, ayaqqabı hissələri və baş örtükləri var. Bu da bizə insanların qətl edilərək kütləvi basdırılıldığını göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB