Daha dörd böyük neft şirkəti İranda fəaliyyətini dayandırıb

Daha dörd böyük neft şirkəti İranda fəaliyyətini dayandırıb

İranla təmasları kəsən şirkətlərin sayı artır. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, beynəlxalq miqyasda dörd böyük neft şirkəti-Fransanın Total, Norveçin Satoyl, İtaliyanın Emi, Hollandiyanın Krallıq və Britaniya krallıq Şell şirkəti İranın enerji sektoruna sərmayə qoyuluşunu dayandıracaqlarına vəd veriblər.

Birləşmiş Ştatlar dövlət katibini müavini Ceyms Steyinberq deyib ki, İran hökuməti enerji sektorundan əldə etdiyi maliyyə vəsaitlərini şübhəli nüvə proqramına sərf edir. Ceyms Steynberq: "Bu 4 şirkət İranda fəaliyyətlərini artıq dayandırıb, ya da dayandıracaqları barədə bizə təminat verib. Onlar həmçinin İranın yeni enerji resurslarında iş aparmayacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə