Balkanların ən gənc ölkəsi Kosovoda hökumət böhranı yaşanır. SİA-nın məlumatına görə, Prezident səlahiyyətlərini yerinə yetirən parlament sədri Yakub Krasniçi ilin sonuna qədər növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.
Krasniçi keçmiş prezident Fatmur Seydiu liderliyindəki Kosovo Demokratik Birliyinin hökumətdən çəkilməsini siyasi məsuliyyətsizlik adlandırıb. Baş nazirin müavini Xeyrəddin Kuçi isə koalisiya ortağının çəkilməsinə baxmayaraq hökumətin vəzifəsinin başında olduğunu, texnokratlar hökumətinin qurulmasına ehtiyac olmadığını deyib.
Siyasi böhrandan çıxış yolunun konstitusiya və qanunlar çərçivəsində tapılmasının vacibliyini vurğulayan Kuçi ən qısa müddətdə növbədənkənar seçkilərin tarixinin müəyyənləşəcəyini söyləyib.
Baş nazir Haşim Taçi isə ABŞ, İngiltərə, Fransa, İtaliya və Almaniya səfirləri ilə bir araya gələrək koalisiya hökumətinin dağılmasından sonra yaşananları dəyərləndirib. Toplantıda səfirlərin hökumətdən seçkiöncəsi kampaniyanın qanunlara uyğun keçirilməsini istədikləri bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB