YAP-ın Sədr müavini, deputatlığa namizədi Əli Əhmədov Nərimanov rayonunda seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov Nərimanov rayonu, Y.Nəsirov küçəsi 1921-ci məhəllədə seçicilərlə görüş keçirib.
SİA-nın məlumatına görə, seçicilərlə görüşündən məmnun olduğunu deyən Əli Əhmədov Milli Məclisdə onları təmsil etməsindən qürur duyduğunu bildirib: "Ötən beş ildə çalışmışam ki, sizin göstərdiyiniz etimadı doğruldum. Əgər noyabrın 7-də keçiriləcək parlament seçkilərində yenə də səsinizi mənə versəniz, sizin inamınızı doğrultmağa səy göstərəcəyəm".
Daha sonra Əli Əhmədov Azərbaycanın inkişafı və qarşıda duran vəzifələr haqqında seçicilərlə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın bu mərhələyə çatmasında YAP-ın da misilsiz xidmətləri var. Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin məqsədi insanlara xidmət etməkdən ibarətdir. Təsadüfi deyil ki, bir neçə ildir, iqtisadi inkişaf baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır.
"Dövlətimiz güclü olmalıdır ki, öz vətəndaşlarının təhlükəsizliyini qorusun, əmin-amanlıq, firəvanlıq olsun. Bu gün Azərbaycan bütün bunlara qadırdir. Biz ölkəmizi daha da gücləndirmək istiqamətində çalışırıq. Başqa ölkələrdə nə qədər problemlərin olduğunu, qanlar töküldüyünü görürük. Seçvindirici haldır ki, Azərbaycanda elə faciələr yaşanmır. Bu gün ölkəmizdə hər bir ailə öz təhlükəsizliyinə əmindir. Biz sizin dəstəyinizlə qarşıda duran vəzifələrin də öhdəsindən gələcəyik" deyə YAP Sədrinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB