Qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 357-ə çatıb

Qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 357-ə çatıb

Mərkəzi Seçki Komissiyasında (MSK) indiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 357-dir. SİA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında xəbər verib. Onlardan 304-nün Müstəqil Dövlətlər Birliyindən olan müşahidəçilərin olduğunu deyən MSK sədri bildirib ki, 10 nəfər Türk Ölkələrin Parlament Assambleyasının müşahiəçiləridir. M.Pənahov beynəlxalq müşahidəçilərinin ümumilikdə 26 ölkədən olduğunu qeyd edib.

 

Yeni Azərbaycan Partiyasından 111, "AXCP-Müsavat" blokundan 38, "İslahat" blokundan 31, "Qarabağ" blokundan 32, "İnsan naminə" blokundan 21, Klassik Xalq Cəbhəsi Partiyasından 30, Azərbaycan Milli İstiqlal Partiyasından 25, "İnsan Naminə" blokundan 21, Demokratik Azərbaycan Dünyası Partiyasından 20, "Demokratiya" blokundan 20, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 7, Azərbaycan Sosial-Demokrat Partiyasından 2, Azərbaycan Milli Demokrat Partiyasından 2, Tərəqqi Partiyasından 1 nəfərin namizədliyinin qeydə alındığını diqqətə çatdıran MSK sədri indiyədək ümumilikdə 1043 şəxsin müraciətinə baxıldığını vurğulayıb: "732 nəfərin namizədliyi qeydə alınıb, 311 nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib. 72 nəfər isə imzaları yoxlanılmadan namizədliyindən imtina edib".

 

M.Pənahov indiyədək ölkə ərazində müşahidə aparmaq üçün 1362 nəfərin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. O, konkret seçki dairələrində müşahidə aparmaq üçün isə 10599 nəfərin qeydə alındığını söyləyib: "Onlardan 3526-i öz təşəbbüsü ilə müraciət edib, 5527-i siyasi partiya və siyasi partiya blokları, 1546-ı isə QHT-lər tərəfindən irəli sürülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə