Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 7 Noyabr 2010-cu il tarixində keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Müraciətlərin demək olar ki, hamısı dairə seçki komissiyalarının namizədlikdən imtinanı nəzərdə tutan qərarlarla bağlı olub.
Baxılan müraciətlərdən əksəriyyəti əsassız hesab edilib və namizədlikdən imtina ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb. Müraciətlər baxıldıqdan sonra indiyədək qeydə alınan namizədlərə daha 2-i əlavə olunub. Beləliklə, parlament seçkilərində qeydə alınan namizədlərin ümumi sayı 732-yə çatıb.
İclasda həmçinin"AXCP-Müsavat" siaysi partiyalar blokunun embleminin təsdiqi məsələsinə baxılıb. Blokun MSK-ya təqdim etdiyi emblem təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB