Musinyan: "Dağlıq Qarabağın həlli Ermənistanda vəziyyətin yaxşılaşmasının əsas təminatıdır"
"Erməni Milli Konqresinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişilməyib". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Erməni Milli Konqresinin mətbuat xidmətinin rəhbəri Arman Musinyan açıqlamasında bildirib ki, konqres öz lideri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 2016-cı il dekabrın 17-də siyasi qüvvələrin qurultayında səsləndirdiyi mövqeyinə sadiq qalmağa davam edir.
Onun sözlərinə görə, həmin qurultayda Levon Ter-Petrosyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, təhlükəsizlik, iqtisadi inkişaf, Ermənistan və Qarabağda demoqrafik vəziyyətin yaxşılaşdırılmasının əsas təminatıdır.
"Əgər bu baş versəydi, həm biz uzun illərdir ki itki verməz, həm də bu gün tamamilə fərqli- firavan, inkişaf edən ölkə və təhlükəsiz Qarabağı görmüş olardıq. Bu sadə həqiqətin bəzi həmkarlarımın başa düşmədiklərinə görə təəssüf edirəm və biz bu məsələni həll etmək üçün ən əlverişli anı itirdik " - deyə, Arman Musinyan Levon Ter-Petrosyanın sözlərini xatırladıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Levon Ter-Petrosyan 1998-ci ilin fevralında vəzifəsindən istefa verib. 2007-ci ildə yenidən siyasətə qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB