Azərbaycanda bu ilin 9 ayı ərzində Dövlət Yol Polisi əməkdaşları 761 017 yol hərəkəti pozuntusu qeydə alıb

Azərbaycanda bu ilin 9 ayı ərzində Dövlət Yol Polisi əməkdaşları 761 017 yol hərəkəti pozuntusu qeydə alıb

Azərbaycanda bu ilin 9 ayı ərzində Dövlət Yol Polisi əməkdaşları 761 017 yol hərəkəti pozuntusu qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, qeydə alınan pozuntuların 17 399-u nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi, 96 231-i müəyyən olunmuş sürət həddinin aşılması, 17 275-i ötmə qaydalarının pozulması, 38 030-u yolayırıcılarının keçilməsi qaydalarının pozulması, 5 336-sı sərnişindaşıma qaydalarının pozulması üzrə olub.

 

Yol hərəkəti qaydaları pozuntusuna görə, 81 268 sürücü yerində cərimələnib, 2 244 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Hesabat dövrü ərzində respublika ərazisində 1 906 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə, 640 nəfər həlak olubb, 1 990 nəfər yaralanıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayı 69 (3,5%), ölənlərin sayı 2 nəfər (0,3%), yaralananların sayı 114 nəfər (5,4%) azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə