Hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normaya yaxın və normadan yüksək sululuq (ongünlük normanın 90-150%-i), Lənkəran-Astara bölgəsi çaylarında isə normadan aşağı sululuq (ongünlük normanın 20-45%-i) müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində hazırda su sərfi 245 m3/с (ongünlük normanın 145 %-i) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində hazırda su sərfi 112 m3/с (ongünlük normanın 105 %-i) təşkil edir.
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Belə ki, Surra məntəqəsində suyun hazırki səviyyəsi 440 sm (2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 355 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 252 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 393 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 212 sm (2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm ) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB