Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova beynəlxalq konfransda iştirak edib. DQMK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, komissiyanın əməkdaşları Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna Dövlət Qulluğu Baş İdarəsinin və Ukraynanın "Twinning" Proqramı İnzibati İdarəsinin "Dördüncü illik regional instisional quruculuq" mövzusunda təşkil etdikləri beynəlxalq konfransa qatılıblar.

Azərbaycan Respublikası ilə yanaşı Avstriya, Gürcüstan, Ukrayna, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, İspaniya Krallığı, Almaniya Federativ Respublikası, Yunanıstan, Fransa, Sloveniya, Litva, Moldova, Polşa Respublikalarının və digər dövlətlərin nümayəndələrinin qatıldığı konfransda Avropa Komissiyası, Avropa İttifaqının Ukrayna nümayəndəliyi, dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilat – SİGMA-nın rəsmiləri də iştirak ediblər. Konfransda "Hərtərəfli instisional quruculuq proqramı: ümumi baxış, yanaşma və gözlənilən nəticələr" və "Dövlət idarəçiliyi sahəsində aparılan islahatlara instisional quruculuq dəstəyi" mövzularında məruzələr dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb.

Konfransda Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova "Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar" mövzusunda təqdimatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə