Pan Gi Mun: “BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün öz töhfəsini verməyə hazırdır” - MÜNASİBƏT
"Dünyada bir çox münaqişələr mövcuddur və bu münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də dialoq və sülh yolu ilə həll edilməlidir". SİA-nın Avropa Şurasının rəsmi inernet səhifəsinə isrinadən verdiyi xəbərə görə, bunu Avropa Şurasında Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş təntənəli tədbirdən sonra Avropa Şurasının baş katibi Työrborn Yaqlandla birlikdə keçirilən mətbuat konfransında BMT-nin baş katibi Pan Gi Mun bildirib.
Baş katib Dağlıq Qarabağ münaqişəsinin də bir çox digər regional münaqişələr kimi dialoq və sülh yolu ilə həll olunmasının zəruri olduğunu bildirib: "ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz vasitəçilik missiyasını yerini yetirir və BMT də bu məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır".
Pan Gi Mun eyni zamanda Türkiyə ilə Ermənistan münasibətlərinə də toxunub: "Paralel olaraq Türkiyə ilə Ermənistan arasında son zamanlar gedən dialoqun irəliləməsi bizi ruhlandırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB