® Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir

® Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir

Milli Məclisə seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd Fəzail Ağamalının seçicilərlə görüşü intensiv xarakter daşımaqdadır. SİA-nın məlumatına görə, o, oktyabrın 17-də Salyan rayonunun Xələc, Qarabağlı, Oktyabrın 18-də Kərimbəyli kəndlərində seçicilərlə görüşlər keçirib.

Görüşlər canlı və maraqlı atmosferdə keçmiş, seçicilər region üçün səciyyəvi olan qazlaşma, kəndlərarası yolların bərpası, yeni məktəb binalarının tikintisi kimi problemlərin həllinin vacibliyini önə çəkiblər.

Fəzail Ağamalı seçicilərin coxsaylı suallarına aydınlıq gətirmiş, ölkə prezidenti İlham Əliyevin 2011-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının detalları üzərində dayanmış, növbəti illərdə ölkə, o cümlədən Salyan və Neftçala rayonlarının qazlaşdırılmasının, məktəblərin və digər sosial obyektlərin tikintisinin tam başa çatdırılacağını seçicilərin diqqətinə çatdırmış, ötən beş ildə millət vəkili kimi dövlətçiliyimizin gücləndirilməsi, milli maraqlarımızın ən müxtəlif səviyyədə qorunması, Salyan və Neftçala kəndlərinin sosial və məişət problemlərinin həllilə bağlı gördüyü işlər haqqında ətraflı məlumat verib.

Görüşdə çıxış edən seçicilər Fəzail Ağamalının fəaliyyətindən razılıqlarını və qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini ifadə ediblər.

Görüşlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə