Avropa Şurasında Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilir

Avropa Şurasında Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilir

Bu gün Strasburqda Avropa Şurasının binasında 4 noyabr 1950-ci ildə Romada qəbul edilmiş və bu gün Avropanın 47 ölkəsindən 800 milyon vətəndaşın hüquqlarını qoruyan, Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilir. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirin açılış mərasimində BMT-nin baş katibi Pan Gi Mun, Avropa Şurası Nazirlər Komitəsinin sədrliyini icra edən Makedoniyanın prezidenti Georgi İvanov, Avropa Şurasının baş katibi Työrbrn Yaqland və Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta çıxış ediblər. Rəsmi şəxslər öz çıxışlarında əsasən Avropada insan hüquqlarının daha səmərəli qorunması istiqamətində Avropa İnsan Hüquqları Konvensiyasının əvəzedilməz rolunun olduğunu vurğulayıblar.

 

Avropada insan hüquqlarının qorunması məsələsində, insanlara qarşı edilən zorakılıq aktları, irqçilik və qeyri-tolerantlıq, işgəncə və qeyri-insani rəftar, habelə sosial hüquqların qorunması, milli azlıqlar və azlıqda olan dillərin qorunulması hüquqları kimi məsələlər də bugünkü tədbirin əsas mövzularından olub.

Bütün xəbərlər Facebook səhifəmizdə