Dmitri Medvedev: “Rusiya “donmuş münaqişələri” həll edə bilər”

Dmitri Medvedev: “Rusiya “donmuş münaqişələri” həll edə bilər”

Rusiyanın müxtəlif, eyni zamanda "donmuş münaqişələr"in həll etməsi üçün böyük potensialı var. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Dmitri Medvedev Dovila şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, münaqişələrin həlli istiqamətində müəyyən nəticələr əldə etmək olar: "Lakin bunun üçün münaqişə tərəfləri konstruktiv mövqe ortaya qoymalıdırlar",- deyə o bildirib.

Qeyd edək ki, Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə