“2017-ci ildə Azərbaycan üçün həm daxili, həm də xarici siyasətində çox önəmli hadisələr baş verdi. İlk növbədə iqtisadi stabillik saxlanıldı. Bazarda qiymət bahalaşması müşahidə olunmağına baxmayaraq bir sıra önləyici tədbirlər alındı və ehtiyat fondumuz 5 milyard manata qədər artırıldı. Müharibə şəraitində olmağımızı nəzərə alsaq bu çox mühüm bir nailiyyətdir. Lakin hələ də həllini gözləyən çox sayda problemlərimiz var. İlk növbədə neft sektorundan asıllığı tam aradan qaldırmağımız gərəkdir. Gələcəkdə Azərbaycan iqtisadiyyatı tamamilə neft sektorundan asılı olmamamlıdır. Neft gəlirləri yalnız Azərbaycan vətəndaşlarının maddi rifahına əlavə stimullaşdırıcı faktor kimi istifadə olunmalıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, ötən il ərzində hakimiyyət strukturlarında edilən dəyişiklik yeni idarəçilik sisteminə keçidin başlanğıcı kimi dəyərləndirmək olar: “Vitse Prezidentlik institutunun yaradılması və bu institutun təşkilatçılığı ilə yeni müasir düşüncəli gənclərimizin idarəçilik sisteminə cəlb olunması duyulur. Onu da qeyd etməliyəm ki, bəzən bu dəyişikliklərə qısqanclıqla baxan qüvvələr öz narazılıqlarını gizlətmirlər.
2017-ci ilin oktyabrın 30- da açılışı gerçəkləşən Bakı-Tbilisi –Qars dəmir yolu Rusiyadan yan ötməklə dünyaya çıxışımızı təmin etməsi böyük bədxahların xoşuna gəməsə də biz bu layihəni gerçəklədirə bildik. Lakin eyni zamanda Astara-Rəşt- Qəzvin dəmir yolunun çəkilməsi narazı qalan Rusiyanın maraqlarını təmin etmək üçün yaxşı bir fürsət oldu. Eyni zamanda bu yolun çəkilməsi həm də Azərbaycanın maraqlarına tam uyğundur. Bu yolun çəkilişindən öncə İran və Rusiya magistralın Ermənistan ərazisindən çəkilməsini planlaşdırsalar da uğurlu xarici siyasətimiz nəticəsində bunun reallaşmsının qarşısını ala bildik. Beynəlxalq nəqliyyat koridoru layihəsinə əsasən tikilən Astara Rəşt-Qəzvin (şimal –cənub) dəmir yolu xətti Rusiya və Azərbaycan yüklərinin İran, Hindistan və Ommana qədər daşınmasına şərait yaradacaq. Rusiyanın Avropa hissəsinin Qara dəniz vasitəsilə ilə bütün dünyaya çıxışının olması qarantiyası olmasından fərqli olaraq Azərbaycan bu imkanlara malik deyidi. Şimal –cənub dəmir yolu xətti bizə bütün qitələrə çıxışımızı təmin edəcək. Bu marşrut vasitəsilə il ərzində 20 milyon tona qədər yük daşımaq mümkün olacaq. İran və Rusiyanın arasında yerləşən Azərbaycan həm də tranzit ölkə olaraq dividentlər əldə edəcək. Bu layihənin həyata vəsiqə almasının ən önəmli tərəfi isə işğalçı Ermənistanın bu dəfə də oyundan kənar qalmasıdır.
Hətta bir ərəfədə Rusiya özünün ruspərəst təmsilçisi İvanaşvilinin xətti ilə yolun Rusiya-Osetiya-Gürcüstan-Ermənistan ərazisindən keçərək İrana qovuşmasını təmin etməyə çalışrıdı. Bu məsələdə Gürcüstan hakimiyyətinə böyük təzyiqlər olmasına baxmayaraq Qərb dövlətlərinin qarantiyasını alan Gürcüstan bu layihənin gerçəkləşməsinə razılıq vermədi. Hazırki şəraitdə Ermənistanın bu layihələrə qoşulmasının yeganə yolu isə işğal olunmuş torpaqlarımızın qeyd və şərtsiz azad olunmasından keçir.
2018-ci il proqnozlara görə Qarabağ probleminin həlli istiqamətində durğunluq ili kimi dəyərlənirilir. Bu əsasən region dövlətlərində prezident seçkilərinin keçirilməsi ilə əlaqələndirilir. Bu reallıqdan qaçmaq mümkün deyil. Qonşu İranda baş verən məlum hadisələr bizi daha da diqqətli olmağa məcbur etməlidir. Bəzi ekspertlər İranda ilk baxışdan sabitliyin təmin olunmasını qonşu ölkənin siyasi iradəsinin və güclü hakimiyyətinin məhsulu kimi qiymətləndirməyə çalışırlar. Lakin reallıq göz qabağındadır. Heç kimin gözləmədiyi bir anda yüz minlərlə insanlar “diktatora ölüm” şüarları səsləndirməklə böyük etiraz dalğası yarada bildilər. Əgər bu xalq ayaqlanmalarına azacıq da olsa xarici dəstək verilmiş olsa idi, indi İranda bir xaos yaşana bilərdi. Təbii ki, qonşu ölkələrdə iğtişaşlar və iç müharibələrin çıxması bizim üçün əlverişli deyil. Azərbaycan və Türkiyənin bu məsələdə təmkinli və düzgün davranışları təqdirə layiqdir. Bu hadisələr bizim üçün də bir örnək olmalıdır. Buna bənzər hadislərin bizim ölkədə tətkaralanmasını istəyən düşmənlərimiz heç də uzaqda deyillər. Ona görə də daxili siyasətimizdə ilk növbədə vətəndaş həmrəyliyinə nail olunmalıdır. Durmadan iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yollar axtarılmalıdır. Hakmiyyətin planlaşdırdığı yeni idarəetmə planları sürətlənidirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB