Hər il olduğu kimi bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilər böyükdür. Ən azından ümid edirik ki, münaqişə ölü nöqtədən tərpənəcək və beynəlxalq təşkilatların bar-bar bağırdığı sülh prossesinə ciddi təkan veriləcək. Bunun üçün Ermənistanın irəliyə doğru addım atması, ən azından müharibə ehtimalının aradan qaldırmaq üçün işğal edilən ərazilərin müəyyən hissəsinin azad edilməsi şərtdir. Ümumilikdə 2017-ci il Qarabağ dipomatiyası uğurlu və eləcə də uğrusuz il olaraq yadda qaldı.
Məsələn, ötən il münaqişənin sülh yolu ilə nizamlanmasında xüsusi rola malik Rusiyanın diplomatiya idarəsinin rəhbəri Sergey Lavrov Bakıya, sonra İrəvana təşrif buyurdu. Bundan əlavə prezidentlərin və nazirlərin görüşləri keçirildi. Bütün bunların fonunda real nəticə olmasa da Qarabağ diplomatiyasının ən uğurlu nailiyyəti Bakının münaqişəyə yanaşma tərzidir. İstər ATƏT-in Minsk Qrupunun təşkil etdiyi görüşlərdə, istərsə də Moskvanın vasitəçi olduğu danışıqlarda rəsmi Bakı öz qətiyyətli mövqeyini bir daha sərgilədi.
Növbəti dəfə aydın bilindi ki, Qarabağ münaqişəsinin həllində Azərbaycandan güzəşt gözləmək absurtdur və dövlət başçısı İlham Əiyevin də dəfələrlə vuğuladığı kimi Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradılmayacaq. Münaqişədə diplomatiya qalib gələcəksə bu İrəvanın heç bir şərt irəli sürmədən işğal etdiyi ərazilərin ən azı müəyyən hissəsinin boşaldılması ilə mümkündür. Sadalanan mühüm prinsiplər diplomatlarımız tərəfindən vasitəçilər, eləcə də beynəlxalq təşkilatlar, ən əsası Ermənistanın müttəfiq elan etdiyi dövlət rəsmilərinə izah edilib. Düzdür rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi nəticəsində konfiliktin həlli üçün ciddi adımlar atılmasa da Azərbaycanın iqtisadi, hərbi qüdrəti Ermənistanı daha da acınacaqlı duruma gətirib.
2018-ci ilə gəlincə... Ermənistan yeni ilə yeni bəhanələrlə gəlir. Söhbət ondan gedir ki, işğalçı ölkədə dövlət idarəçilik sistemi dəyişir. Sarkisyan və komandası Qarabağ danışıqlarının bir qədər yubadılmasına çalışacaq. Bəhanələrdən biri məhz “yeni sistemin oturdulmasıdır”. Digər vacib faktorlardan sırasında Rusiyada prezident seçkiləridir. İrəvan üçün bundan “unikal” fürsət ola bilməz. Axı Rusiya Ermənistanın sahibidir və Sarkisyan ağasının kimliyini dəqiqləşdirməlidir.
Qalır Bakının baş verəcək ssenariyə reaksiyası. İrəvanı məhz bu amil narahat edir. Çətin Azərbaycan daha bir neçə il Ermənistanın “şıltaqlığına” səbr etsin. Diplomatik təmaslar suni şəkildə dondurulacaqsa, imitasiya xarakterli danışıqlar təklif ediləcəksə bu zaman növbəti - amma daha geniş "aprel döyüşləri" də qaçılmaz ola bilər.
Hər bir halda Dağlıq Qarabağ beynalxalq qurumlar tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Öz ərazilərində anti-terror əməliyyatı aparmaq da Azərbaycanın hüquqi haqqıdır. Bu vacib məqam hər bir zaman aktual olduğu üçün Dağlıq Qarabağın da hərbi yolla işğaldan azad edilməsi hər an gündəmə gələ bilər.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB