Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. SİA-nın xəbərinə görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Onların yerinə deputat həmkarları Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazadə təyin olunub.
Dəyişikliyə əsasən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibinə Səməd Seyidov (sədr), Vüsal Hüseynov, Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Rövşən Rzayev, Qənirə Paşayeva, Sabir Hacıyev, Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov daxildir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB