Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq. Şuradan SİA-ya verilən məlumata görə, tədbir oktyabrın 20-dən 23-dək Türkiyənin Kayseri şəhərində keçiriləcək.
MŞ sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bugünkü durumuna, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovun səfər çərçivəsində həmçinin Kayseridə ermənilərin azərbaycanlılara qarşı soyqımı ılə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycandan Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq nümayəndə heyətinin tərkibinə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB