Azərbaycan Müdafiə Nazirliyi: "Cəbhədə gərgin vəziyyət davam edir"

Azərbaycan Müdafiə Nazirliyi: "Cəbhədə gərgin vəziyyət davam edir"

Cəbhədə gərgin vəziyyət davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 18-də saat 11.15-dən 11.25-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17.45-dən 17.55-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi, saat 22.20-dən 22.25-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 10.40-dan 10.50-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.30-dan 19.00-dək, 18.40-dan 19.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.40-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.25-dən 20.00-dək, 23.30-dan 23.55-dək və oktyabrın 19-da saat 03.05-dən 03.25-dək isə Tərtər rayonunun Seysulan, Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə