"Yeni Müsavat" qəzetinin parlament müxbiri olan Elşad Paşasoy işdən çıxıb. SİA-nın verdiyi xəbərə görə, onun işdən çıxmasına əsas səbəb ötən gün Mərkəzi Seçki Komissiyasının iclasında namizədliyinin qeydə alınmasıdır. Belə ki, o milli qanunvericiliyə uyğun olaraq seçkilərin rəsmi nəticələri elan olunanadək ödənişsiz məzuniyyətə çıxıb.
Qeyd edək ki, Dairə Seçki Komissiyası onun namizədliyini qeydə almaqdan imtina etsə də MSK şikayəti hərtərəfli araşdıraraq 491 imzanı etibarlı sayıb və ilkin instansiyanın qərarını ləğv edərək onun namizədliyini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB