“Payız Universiteti” Sabirabadda
"İRƏLİ" İctimai Birliyinin Sabirabad rayonunda keçirdiyi "Payız Universiteti" layihəsi çərçivəsində universitetin qonaqları jurnalist Aynur Talıbova və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası və teleaparıcı Vəfa Rzayeva olub. Bu barədə SİA-ya birliyin mətbuat xidmətindən məlumat verilib. Müasir telejurnalistika mövzusunda keçirilən təlimdə Sabirabad rayonunun gəncləri iştirak ediblər. Qonaqlar televiziya proqramlarına, şou-proqramlara olan rəğbət, televiziyada gənclərin psixologiyasına təsir edən mənfi və müsbət amillər barəsində onlara söhbət açıb.

Qonaqlar daha sonra Sabirabadda keçirilən "Regionlarımızı Brendləşdirək" layihəsi çərçivəsində baş tutan şahmat və futbol turnirlərinin final yarışlarına qatılıb, qaliblərin mükafatlandırılmasında iştirak ediblər. Görüşün sonunda rayon sakinləri ilə xatirə fotoları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə