Milli Məclisdə Gürcüstan-Azərbaycan münasibətləri müzakirə edilib
Milli Məclisin bu gün iclasında Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyən qüvvələrlə bağlı fikir mübadiləsi aparılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı ilk çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib: "Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər. Bununla bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna tapşırıq veriləcək. Məsələ araşdırılmalıdır”.
Məsələ ilə bağlı fikirlərini bildirən deputat Rasim Musabəyov Gürcüstanla Ermənistan arasında nəqliyyat dəhlizinin yaradılması təklifinə narahatlığını bildirib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Gürcüstanın baş nazir Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB