Vyetnamda 30 nəfər selin qurbanına çevrilib

Vyetnamda 30 nəfər selin qurbanına çevrilib
Vyetnamın mərkəzi bölgələrində baş verən güclü sellər nəticəsində azı 30 nəfər həlak olub, içərisində 13 nəfərin olduğu avtobus da daxil olmaqla bir çox insan itkin düşüb. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, rəsmilərin sözlərinə əsasən, Polis Mərkəzi bölgədə yolda selin apardığı avtobusun bu gün tapıldığını və oradakı 17 nəfərin xilas edildiyini bildirib. Sellərin əsas şosselər və dəmir yollarını, eləcə də 100 000-dən çox evi sıradan çıxardığı bildirilir. Xilasedicilərin zərər çəkənlərə yardım etmək üçün qayıqlardan istifadə etdikləri deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə