Son 10 ay içərisində Türkiyədə PKK terror təşkilatının 362 üzvü zərərsizləşdirilib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, onlardan 135-i ölü olaraq ələ keçirilib, 62-si həbs edilib, 165-i isə Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Terror təşkilatı bu il içərisində ən çox itkini iyun ayında verib. Bu ayda 86 terrorçu zərərzisləşdirilib.
Diqqəti çəkən nüans terrorçuların ən çox itki verdiyi iyun ayından etibarən təslim olan terrorçuların sayındakı atrımdır. İl ərzində təslim olan 165 terrorçudan 107-si 2010-cu ilin iyun-oktyabr aylarında təhlükəsizlik. qüvvələrinə sığınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB