Fatma Abdullazadə ilə bağlı məsələyə aydınlıq gətirildi Baş Prokurorluq

Fatma Abdullazadə ilə bağlı məsələyə aydınlıq gətirildi Baş Prokurorluq

Baş Prokurorluq Prezident Administrasiyasının Humanitar Siyasət Məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında yayılan məlumatları təkzib edib.

Qurum rəsmisi bildirib ki, F.Abdullazadənin ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə