Gənclər və İdman Nazirliyinin seçkilərlə bağlı keçirdiyi seminarlarda 1500-ə yaxın gənc iştirak edib
Artıq məlumat verildiyi kimi, seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Gənclər və İdman Nazirliyinin xətti ilə sentyabrın 27-dən başlayaraq 60-a yaxın rayon və şəhərlərdə məlumat xarakterli seminarlar keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu həftə Bərdə, Salyan, Neftçala, Nəsimi, Nərimanov, Binəqədi, Səbail, Kürdəmir, Yardımlı, Masallı, Şəmkir, Astara və Suraxanı rayonlarda seminarlıar keçirilib. Seminarlarda nazirliyin bir sıra məsul əməkdaşları, Dairə Seçki Komissiyalarının nümayəndələri, ictimai fəal gənclər və ziyallar iştirak iştirak ediblər.
Seminarlar zamanı ilk dəfə səs verən gənclərə Milli Məclisə seçkilərin tarixi, Heydər Əliev və Azərbaycan Parlamenti, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları, seçki günü səsvermə proseduru haqqında məlumat verilib.
Seminarların sonunda Gənclər və İdman Nazirliynin nəşr etdiyi "Milli Məclis – Qanunverici Orqan" yaddaş kitabçası gənclərə paylanıb. Bundan başqa Polis şöbələrinin əməkdaşlarının iştirakı ilə bir qrup gəncə şəxsiyyət vəsiqələri verilib. Ümumulikdə, bu həftə keçirilən seminarlarda 1500-ə yaxın gənc iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB