Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana iki günlük səfər etmişdi. Səfər çərçivəsində bir sıra görüşər keçirib, ölkələr arasında ikitərəfli əlaqələrin əsas məsələləri müzakirə olunub. İrəvanda isə səfərlə bağlı əsas diqqət bu ölkənin Gürcüstana yeni səfirin təyin edilməsinə yönəlib. SİA-nın xəbərinə görə, belə ki, yeni səfir Ruben Sadoyan keçmiş ağır atlet Yuri Vardanyanın yerinə gətirilib. Yeni səfir təyinatı heç də asanlıqla həyata keçməyib. Gürcüstan tərəfi səfir mandatına məşhur erməni politoloqu Sergey Minasyanın namizədliyindən imtina edib. Deyilənlərə görə, Tbilisi hesab edir ki, onun rusiyapərəst olması erməni-gürcü münasibətlərinə mənfi təsir göstərə bilər. Ermənistanın Xarici Əlaqələr Daimi Komitəsinin sədri Armen Aşotyan təyin olunan səfir, keşmiş deputat Ruben Sadoyanın effektiv diplomat olduğunu açıqlayıb.
“Ermənistanın digər ölkəyə təyin olunan səfirinin keçmiş deputat olması o demək deyil ki, bu ölkə keçmiş xarici işlər naziri olan şəxsin səfir təyin olunduğu ölkədən az əhəmiyyətlidir. Səfirlər yalnız siyasi imiclə deyil, siyasi fəaliyyətləri ilə güclü təsirə malik olmalıdırlar” - deyə Aşotyan bildirib.
Onun sözlərinə görə, yeni səfirin ilk iş günlərindəki fəaliyyəti bir tərəfdən erməni icması ilə Gürcüstana münasibətlərini mobilləşdirmək, digər tərəfdən isə Gürcüstan hakimiyyəti ilə münasibətlər və ünsiyyət sistemini düzgün qurmaq üçün hər cür səy göstərdiyini ifadə edir.
Ermənistan Regional Araşdırmalar Mərkəzinin tədqiqatçısı Conni Melikyan Sarkisyanın Tbilisiyə səfərini şərh edərkən bu səfərin yeni səfir təyinatı ilə üst-üstə düşdüyünü bildirib. Onun sözlərinə görə, bu, işə müsbət təsir edə bilər: “Bir tərəfdən Sarkisyan bu səfəri ilə 2017-ci ilə yekun vurur. Digər tərəfdən İrəvan və Tiflisin qarşıdakı dövr üçün əməkdaşlıq proqramı üzərində işləməli olduğuna işarə vurur. Bura iki ölkə arasında ticarət, enerji, turizm sahələri arasında əməkdaşlıq daxildir. İki ölkənin tranzit potensialının inkişafı üçün infrastruktur layihələrinin həyata keçirilməsinin nəzərdən keçirilməsi vacibdir”.
Əlbəttə, Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat əlaqələrinin mümkünlüyü Sarkisyanın proqramına daxil edilməyə bilnəz. Məlumdur ki, bu yaxınlarda Gürcüstan tərəfi Rusiya, Abxaziya, Cənubi Osetiya və Gürcüstan arasında gömrük tənzimləmə məsələləri üzrə İsveçrənin SGS şirkəti ilə danışıqlar aparıb. Bu barədə dəfələrlə yazılıb ki, tranzit məsələsi Rusiyanın ÜTT-yə üzvlüyü müzakirə olunan vaxt gündəmə gətirilib və 2011-ci ildə tərəflər arasında razılıq əldə edilib. Bundan sonra təşkilatda Moskva üçün yol açılıb. Gürcüstana Abxaziya və Cənubi Osetiya vasitəsilə əlaqələri bərpa etmək lazım deyil. Rusiya ilə Kazbegi yolu və Azərbaycan vasitəsilə əlaqə saxlanılır.
Ermənistana Rusiyadan yüklərin Abxaziyadan dəmiryolu vasitəsilə və Cənubi Osetiyadan avtomobil yolu vasitəsi çatdırmağın mümkünlüyü danışıqlar predmeti olsa da Tbilisi bunun üçün Gürcüstan hərbi yolunun mövcud olduğunu bildirib. Sarkisyan isə qış fəslində bu yolun bağlandığını, ölkəyə gətirilən yüklərin gecikdiyini əsas gətirərək alternativ yollar təklif etsə də, həmkarı Gürcüstanın işğal edilmiş və separatçıların idarə etdiyi ərazilərindən tranzit xəttinin açılmasına qarşı olduğunu bir daha diqqətə çatdırıb. Hesab edirəm ki, ən yüksək səviyyədə danışıqlar aparılsa da bu məsələlər heç vaxt həllini tapmayacaq”- deyə, Melikyan qeyd edib.
Onun fikrincə, Gürcüstanda iki prezidentin müzakirə etdiyi məsələlər sırasında İran-Ermənstan sərhədində - Mehri rayonunda Azad İqtisadi Zonanın (ATS) yaradılması da müzakirə olunub. Amma Sarkisyanın gürcü həmkarına şirnikləndirici təklifləri, Gürcüstanın tranzit ölkə kimi bu layihədən yararlanmaq imkanları barədə deyilsə də, qarşı tərəfin laqeyd davranışı erməni prezidentin ümidlərini puça çıxarıb.
Ekspertlərin fikrincə, prezidentlərin danışıqlar masasında bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq məsələsi də olub. Amma...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB